BQXK-nın 8 maşını Laçına maneəsiz keçdi

Ekoaksiyanın iştirakçıları martın 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

 

Modrn.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus bir yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

 

Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

 

Mənbə

Share: