Braziliyadan Ukrayna ilə bağlı TƏKLİF 

Braziliya prezidenti Çinə səfəri zamanı Ukrayna ilə bağlı “sülh klubu” yaratmağı təklif edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

 

O, bu həftə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşmək üçün Pekinə gedəcək.

 

Qəzet qeyd edir ki, Braziliya lideri ölkənin diplomatik təsirini bərpa etməyə çalışır, lakin Rusiyanın işğalını dəf etmək üçün Ukraynaya silah göndərən Qərb ölkələri ilə birləşməyə müqavimət göstərir.

Mənbə

Share: