
Britaniya kralı III Çarlz ilk dövlət səfərini Fransa və Almaniyaya edəcək.
Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Kral Çarlz və Kraliça Consort Kamilla martın 26-dan 31-dək səfərdə olacaqlar.
Qeyd edək ki, mayın 6-da Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçiriləcək.