Britaniya kralı ilk dövlət səfərini bu ölkələrə edəcək 

Britaniya kralı III Çarlz ilk dövlət səfərini Fransa və Almaniyaya edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Kral Çarlz və Kraliça Consort Kamilla martın 26-dan 31-dək səfərdə olacaqlar.

 

Qeyd edək ki, mayın 6-da Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

​​​​

Mənbə

Share: