
Bu gün Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür.
Modern.az-ın məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould tvitter hesabında qeyd edib.
“Böyük Britaniya və Azərbaycanın hüquq mühafizə orqanları narkotik vasitələrin beynəlxalq sərhədlərdən keçirilməsinə qarşı mübarizədə sıx əməkdaşlıq edir”, – deyə səfir əlavə edib.


