Britaniyada 70 min müəllim etiraza çıxdı 

Britaniya universitetlərində işləyən 70 mindən çox müəllim, kitabxanaçı və tədqiqatçı bu gün tətil elan edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, etirazlar üç gün davam edəcək.

 

Tətildə həmçinin Britaniyanın 19 universitetin işləyən administratorlar, texniki heyət, iaşə və təhlükəsizlik işçiləri iştirak edirlər.

 

Britaniya universitetlərində müəllim heyətinin orta əmək haqqısı ildə təxminən 31 min funt sterlinqdir (ayda təxminən 2,6 min funt). Avqust ayında hökumət artıq əmək haqqının 3% artacağını vəd edib. Bununla belə, orta aylıq inflyasiya təxminən 8,5% olduğu müəllimlər maaş artımının kifayət etmədiyini bildirib.

 

Akif İsmayılov 

Mənbə

Share: