Britaniyanın Baş naziri bu il daxili inflyasiyanı yarıya endirəcəyini vəd edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak 2023-cü ildə inflyasiyanı iki dəfə azaltmağa söz verib.

 

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

 

Hökumət başçısı qanunsuz miqrantlarla bağlı problemi həll edəcək yeni qanunlar qəbul ediləcəyini bildirib.

 

O, həmçinin vurğulayıb ki, hakim Mühafizəkarlar Partiyası iqtisadiyyatın inkişafına, dövlət borcunun azaldılmasına, Milli Səhiyyə Sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına, həmçinin qanunvericiliyə dəyişikliklərin edilməsinə diqqət yetirəcək.

 

Son statistik məlumatlara görə, ötən ilin noyabrında Britaniyada illik inflyasiya 10,7% təşkil edib – bu, demək olar ki, 40 ildə rekord göstəricidir.

Mənbə

Share: