“Bu, ən müqəddəs borcdur və biz hər zaman bu borca sadiq qalacağıq”

“Şəhidlərimizin ailələrinə qayğı və diqqət bizim borcumuzdur və biz hər zaman bu müqəddəs borca sadiq qalacağıq”.

 

Bunu Moderator.az-a açıqlamasında Ağdam Rayon Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik-leytenant Elşən Zeynalov bildirib.

 

Elşən Zeynalov qeyd edib ki, Novruz bayramı münasibətilə bir sıra şəhid ailələri ziyarət olunub, onlara bayram sovqatı verilib:

 

“Şəhidlərimiz öz həyatlarını dövlətimizə, xalqımıza, hər bir azərbaycanlının təhlükəsizliyinə və rifahına qurban verdilər. Bu gün ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasına görə biz şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali baş Komandanımıza və xalqımızın həmrəyliyinə borcluyuq. Məhz bütün bu amillər 30 illik erməni işğalına son qoydu, ərzi bütövlüyümüzlə yanaşı tarixi qürurumuzu bərpa etdi.

 

Hər il olduğu kimi bu il də Novruz öncəsi bir sıra şəhid ailələrini ziyarət etdik, onlara bayram sovqatları çatdırdıq. Mən bu işdə bizə dəstək olan bütün əlaqədar şəxs və qurumlara öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan xalqı, Azərbaycan insanı əsrlər sonra da öz şəhidlərini hörmət və ehtiramla yad edəcək, onları sonsuz məhəbbətlə xatırlayacaq, gənclərimiz bu tarixi irsi sevə-sevə yaşadacaqlar”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: