Bu ağacın meyvələrini görənlər heyrətə salır

Qadın formasında meyvəsi olan Nareepol ağacının gördükdə gözlərinizə inana bilməyəcəksiz.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Narilatha və ya Nareepol olaraq tanınan bu qeyri-adi ağacın naree kəlməsi qız, pol kəlməsi isə ağac, bitki mənasına gəlir. Himalay dağlarında, Şri Lanka bölgələrində də yetişən bu qəribə ağacın qadına bənzər meyvələri var.

Bir çox əfsanədə, elmi məqalələrdə dini yazılarda yer almış bu ağacın orginalları Bangkok bölgəsində təxminən 500 kilometr məsafədə yerləşən Petcaboon ərazisində yerləşir.

20 ildə bir meyvə verən bu ağacın meyvələri budağından qoparıldıqda sürətlə sahib olduğu canlılığı itirir. Turş və duzlu bir dada sahib olduğu deyilən meyvələr qurudularaq bəzək əşyası kimi də istifadə olunur.

Aparılan araşdırmalar nəticəsində bu ağacın həqiqiliyi mübahisə mövzusu halına gəlib. Çünki internetdə bu ağac haqqında məlumat azdır. Buna görə də, bir çox insan ağacın montajlanaraq bu hala gəldiyini düşünür.

1-46

3-41

4-44

Share: