Bu bananı görənlər gözlərinə inanmır

Sosial mediada yayılan banan növü internet istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, meyvənin rənginin mavi olması diqqət çəkir. Məlumata görə, mavi banan cənubi-şərqi Asiya ölkələrində və Avstraliyada yetişir. Ona Havay adalarında da rast gəlmək mümkündür.

Mavi banana ABŞ-da “Cenizo” deyilir. Bildirilir ki, mavi bananın dadı vanilli dondurmanı xatırladır.

 

Share: