Bu gün dünyada Beynəlxalq Radio Günü qeyd edilir

Bu gün dünyada Beynəlxalq Radio Günü qeyd olunur.

 

UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

 

Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədilə keçirilir.

 

Radio bir əsrdən artıq insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayan kütləvi informasiya vasitələri arasında çox geniş yayılmış və Yer kürəsi əhalisinin 95 faizini əhatə etməkdədir. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir.

 

Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatına görə, dünya əhalisinin 75 faizi ən azı bir radioqəbuledicidən istifadə edir.

Mənbə

Share: