Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

Sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 5 sentyabr gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

Nəqliyyat vasitələri 7 sentyabr səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.

Share: