“Bu hücum müharibə başlayandan bəri Putinin ən böyük uğursuzluqlarından biri ola bilər…”

“Rusiya rəhbərliyi günahı üzdəniraq “DXR”-in vəzifəli şəxslərinin üzərinə qoymaq istəyir…”

 

“Ukrayna tərəfi Makeyevkada 400, Rusiya tərəfi 63 hərbi qulluqçunun həlak olduğunu bəyan edir…”

 

“Nə kəşfiyyat, nə əkskəşfiyyat, nə də HHM lazımi səviyyədə işləməyib…”

 

 

 

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin işğal edilən Makeyevkaya zərbə endirməsi Rusiya cəmiyyətində böyük hiddətə səbəb olub. 

 

Yüzlərlə səfərbər edilənlərin həlak olmasına görə məsuliyyət daşımamaq üçün Rusiya rəhbərliyi, ehtimal ki, günahı saxta qurum olan “DXR”-in vəzifəli şəxslərinin üzərinə qoymağa məcbur olacaqlar. 

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (“ISW”) ekspertlərinin yanvarın 2-də dərc etdiyi icamalda deyilir.

 

“Ukrayna Baş Qərargahı məlumat verib ki, Rusiya Federasiyasının Makeyevkada canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi məntəqəyə dəqiq zərbəsi nəticəsində 10 vahidədək texnika məhv edilib, lakin 2 yanvara olan itkilər barədə Baş Qərargah rəsmi məlumat verməyib. 

 

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Departamenti bəyan edib ki, yanvarın 1-də zərbə nəticəsində səfərbər edilənlərdən 400 nəfər həlak olub və 300 nəfər yaralanıb.

 

Rusiya Müdafiə Nazirliyi zərbə endirilməsini etiraf edərək bəyan edib ki, 6 HIMARS raketlərindən 4-nün zərbəsi nəticəsində 63 rus hərbçisi həlak olub.

 

Rusiyanın bəzi mənbələri iddia edib ki, zərbənin endirilməsi məqamında məktəbin binasında Samara vilayətindən səfərbərlik alayının 600 nəfər hərbi qulluqçusu olub.

 

“Samara vilayət qubernatoru Dmirti Azarov həlak olan hərbi qulluqçular arasında vilayət sakinlərinin olduğunu təsqiq edib”, – amerikalı analitiklər xatırladıb.

 

Rusiyanın hərbi müxbirləri və hərbi icmalçıları belə rezonans doğuran hadisədə günahkarları axtarmağa başlayıb. 

 

Əvvəlcə onlar səfərbər edilənlərin özlərini günahlandıraraq qeyd edib ki, onlar operativ təhlükəsizlik qaydalarını pozaraq kütləvi şəkildə mobil rabitədən istifadə edib, bu da ukraynalılara dəqiq zərbə endirməyə imkan verib.

 

Lakin Rusiya cəmiyyəti konkret günahkar şəxslərin aşkar edilməsini tələb edir. Belə ki, “Ədalətli Rusiya” partiyasından Sergey Mironov bəyan edib ki, baş vermiş hadisə araşdırılmalı, məsul şəxslər, kimliyindən aslı olmayaraq, cəzalandırılmalıdır. 

 

“Aydındır ki, nə kəşfiyyat, nə əkskəşfiyyat, nə də hava hücümundan müdafiə lazımı səviyyədə işləməyib”, – Mironov bəyan edib.

 

“Vaqner qurpu” ilə əlaqəli olan hərbi müxbirlər bəyan edib ki, Rusiya hərbi komandanlığının qeyri-peşəkarlığı nəticəsində Ukrayna qüüvələri eyni məkanda bir neçə yüz hərbi qulluqçulara dəqiq zərbə ebdirməyə imkan verib. 

 

“DXR”-in mobil telefonlardan istifadə edilməsini “vaqnerçilər” yalan adlandırıb.

 

Bu arada isə “LXR” “daxili işlər nazirinin müvaini” Vitali Kiselyov məlumat verib ki, hərbi vəzifəlilər “DXR” başçısıı Denis Puşilinin istefasını tələb edir.

 

Rusiya prezideti Vladirmir Putin hərbçilərə və İstintaq komitəsinə Makayevkada baş vermiş hadisənin yanvarın 6-dək araşdırmağı tapşırıb”, – anatıiliklər məlumat verib və bu nəticəyə gəlib ki “Putinin Ukraynadakı hərbi kampanayasının ədalətli tənqidinə cavab vermək qabiliyyətinin olmaması Rusiya cəmiyyəti tərəfindən ona qarşı olan etimadı daha da sarsıda bilər”.

 

Amerikanın “The New York Times” nəşri güman edir ki, Ukraynanın Rusiyanın Makeyevkadakı səfərbər olanların bazasına hücumu Putinin müharibənin 10 ayı

ərzində itkilər baxımından ən böyük uğursuzluqlarından biri

ola bilər. 

 

Rusiyanın blogerlər təbəqəsi və hərbi müxbirləri arasında olan “quzğunlar” müdafiə nazirliyinin rəsmi bəyanatlarına inanmır. Onlar yüzlərlə həlak olanlar və yaralananlar barədə bəyan edir. Həmçinin Ukrayna tərəfi təxminin 400 əsgərin həlak olması barədə məlumat verib.

 

Bu iddiaların heç birini müstəqil yoxlamaq mümkün deyil. Lakin hətta zərərçəkənlərin daha az olması Rusiya SQ üçün müharibənin ən qanlı epizodlarından biri olacaq.

 

Bu, Rusiya ordusunda qəbuledilməz nöqsanları, boşlquları və zəiflikləri aradan qaldırmağı vəd edən prezident Putinin iflası olacaq”, – “The New York Times” nəşri yazıb.

Mənbə

Share: