Bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təminatına aydınlıq gətirilib

 

Bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təminatı məsələsinə aydınlıq gətirilib.

Milletinsesi.az-ın məlumatına görə, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, 12 nəfərdən 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, digər məzunlardan 3 nəfəri ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcəklər.

Mənbə

Share: