Bu küçədəki təmir başa çatdı

Bu küçədəki təmir başa çatdı

İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsində aparılan təmir işləri başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib.

Aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə deformasiyaya uğramış hissələri bərpa olunub və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Bundan başqa aparılan yenidənqurma zamanı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, zəruri yerlərdə köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Share: