Bu məzarlıqda ölülər dəfn edilmək əvəzinə sərgilənir

İndoneziya Balinin Trunyan kəndində son dərəcə qəribə bir cənazə ritualı həyata keçirilir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu kənddə ölülər nə dəfn edilir, nə də yandırılır. Burada vəfat edənlər bambudan hazırlanmış xüsusi qəfəslərlərdə çürüdülür. Trunyan kəndi qulağa xoş gəlməsə də turistlər üçün də olduqca məşhurdur.

Burada ölən şəxslər sadəcə yağış suyunda yuyulur. Daha sonra kəllə sümükləri bir bezlə bükülür. Cəsədlərin qoyulduğu sahəyə sadəcə kişilər girə bilir. Bu sahəyə qadınlar girdikdə xalq zəlzələ və ya vulkanik partlayış olacağına inanırlar.

Cəsədlər quruduqdan sonra isə kəllə sümükləri və digər sümüklər toplanılır. İnsanlara aid kəllə sümükləri meşənin içindəki bir sahəyə aparılır və digər kəllə sümüklərinin yanına yerləşdirilir.

İşin digər qəribə tərəfi isə bu cənazə ritualı sadəcə evli olanlar üçün edilir. Subay ikən ölənlər isə torpağa dəfn edilir.

Bundan başqa bambu qəfəslər Taru Menyan adlı ağacların altında yerləşir. Bu ağacların ölü qoxusunu yox etdiyi düşünülür.

Balidə vulkanın ətəyində bir dağ kəndi olan Trunyan kəndi meşənin dərinliklərində yerləşir və buraya sadəcə qayıqla getmək olur. Denpasarın iki saat şimalında yerləşən Trunyan məzarlığı “qaranlıq turizm” marşrutları arasında məşhurlaşıb. Turistlər burada açıqda buraxılan cəsədlərin kəllə sümüklərinə toxuna bilmək və fotolarını çəkə bilmək üçün buraya axın edir. Mütəxəssizlər isə turistləri Balidəki bu açıq məzarlıq sahəsindən uzaq durmaları barədə xəbərdarlıq edib.

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Bu Mezarlıkta Ölüler Gömülmüyor!

Share: