![Bu marşrut xətlərində gecikmələr ola bilər – XƏBƏRDARLIQ](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2017/03/11/avtobus_058.jpg)
Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər.
Məhdudlaşmanın 1 may tarixində axşam saatlarınadək davam edəcəyini sərnişinlərimizin anlayışla qarşılamalarını xahiş edirik.