İşığın da limiti artırılacaq?

Ötən günTarif (qiymət) Şurası tərəfindən təbii qaza tətbiq edilən limitə yenidən baxılaraq, artırılıb.

Qaz limiti mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Bundan əvvəl isə limit1 700 kubmetr idi.

Bəs elektrik enerjisinə tətbiq olunan limit artırıla bilərmi?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumunmətbuat katibi Tanrıverdi Mustafayevaçıqlamasında bildirib ki, “Azərişıq” sadəcə, icraçı strukturdur:

“ASC tərəfindən elektrik enerjisinin limitinin artırılması barədə heç bir təklif verilməyib. Bizim qurum icraçıdır. Tarif Şurası nə qərar verəcəksə, onu icra edəcəyik”.

Qeyd edək ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının 2016-cı ilin 28 noyabr tarixində qərarı ilə hər iki kommunal xidmətin tarifində artımlar olub və differensial qiymət tətbiqi başlayıb. Yənimüəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər.

Share: