Bu ölkələrdə vəba xəstəliyi YAYILIB

Afrikanın 11 ölkəsində vəbaya yoluxmalar narahatedici səviyyəyə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

 

Qeyd olunub ki, vəba epidemiyası xüsusilə Afrikanın cənubunda yayılıb. Malavi və Mozambik epidemiyadan ən çox təsirlənən ölkələrdir. Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Afrika Respublikası, Nigeriya, Keniya və Somalidə də yoluxmalar artıb.

 

Vəba “vibrio cholera” adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası sərt və şiddətli ishal ilə müşahidə edilir.

 

Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Mənbə

Share: