Bu qərar Makron hakimiyyəti üçün ciddi siyasi çatlar yaradacaq

Bastia inzibati məhkəməsi tərəfindən verilən qərar Makron hakimiyyəti üçün ciddi siyasi çatlar yaradacaq. Bu, həm Fransa konstitusiyasına, həm Fransa tarixinə qarşı edilmiş riyakarlıqdır.

 

Bu barədə açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib ki, bu müddəanın qəbulu birbaşa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir: “Müasir italyan dilinə yaxın olan korsika dilindən bu gün 150 minə yaxın ada sakini istifadə edir. Eyni zamanda, adada ümumi qəbul edilən “korsika xalqının varlığı”nın özü də Beşinci Respublika konstitusiyasının pozulması faktını irəli sürür. Tarixi bağlarda koprsika dilinin Fransa tarixində dərin izləri olduğunu bir daha etiva edir. Fransa tarixinin imperatorlarından olan, “Korsika Canavarı” ləqəbi ilə tanınan, Napaleonda ilk təhsilini məhz bu dildə alıb. 

 

Ancaq maraqlı tərəf odur ki, Bastiliya məhkəməsi niyə birdən-birə belə bir qərar qəbul etmək həvəsinə düşdü?  Təbii ki, rəsmi Parisin əli olmadan 18 bölgəsindən biri olan, adadakı ən yüksək nümayəndə hesab edilən Korsika prefekti mərkəzi hökumətdən xəbərsiz belə bir hökm verməsi o qədər də inandırıcı görünmür. Digər tərəfdən, qəbul edilmiş qərarın Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilməsi də xüsusi diqqət çəkir. Çünki   Korsikaya ən yüksək muxtariyyatın, hətta adaya müstəqilliyin verilməsi ilə bağlı zaman-zaman tələblər Fransa mərkəzi hakimiyyəti qarşısında qaldırılıb. Hətta keçən ay Fransa prezidenti böyük muxtariyyat verilməklə adanın status məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib. Adanın milli qüvvələrinin 40 il apardığı müstəqillik uğrunda olan mübarizəsi 2022-ci ilin martında sakitləşib. Bugünkü qərarın verilməsi birdaha ona işarə edir ki, Fransa mərkəzi hakimiyyətinin niyyəti heç də səsləndirilən pafoslu sözlərlə yekunlaşmır.”

 

V. Hüseynlinin fikrincə, dünyaya insan hüquqlarından “dərs” verən Makron hakimiyyəti bugünkü qərarı ilə ada əhalisinə qarşı diskriminasiya siyasəti həyata keçirirlər: “Bu addım korsika dilinin silinməsi naminə atılan addımdır. Təbii ki, bir milləti məhv etmək üçün öncə onun dilini məhv etməkdən başlanılır ki, rəsmi Paris bu yolla irəliləyir. Maraqlıdır ki, Avropadan Cənubi Qafqaza əl uzadan rəsmi Paris, “erməni hüquqlar”ının qeydinə qala-qala öz ölkəsinin sərhədləri çərçivəsində baş verənləri görmür və ya görməməzlikdən gəlir. Qısacası, öz vətəndaşlarına qarşı diskriminasiya tətbiq edən ölkə başqa dövlətdə separatçı beş-üç nəfərin hüquqlarını necə müdafiə edə bilər?”.

Mənbə

Share: