“Bu rejim ölümə məhkumdur…” – Rusiyada qanlı vətəndaş müharibəsi proqnozlaşdırıldı

“Əllərində silah cinayətkarların peyda olması qanlı vətəndaş müharibəsinə gətirib çıxaracaq…”

“Priqojinin Putindən şəxsi indulgensiyası var və bu, uzunmüddətlidir…”

“Özəl şirkət dövlətin prototipidir, dövlət parçalanır, ilkin formasından alternativ özəl, yarımdövlət və korporativ maraqlar formasına keçir…”

Putinin diktatura rejimi artıq ölümə məhkumdur. Cinayətkarlar əlində silah Putin diktaturasına son qoyacaq. Bu dəfə vətəndaş müharibəsiz keçinmək mümkün olmayacaq. Kreml özü buna zəmin yaradır.

Milletinsesi.az xəbər verir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqin “УНИАН” nəşrinə müsahibəsində bəyan edib.

O, deyib ki, Rusiyanı “qanlı çaylar” gözləyir. Çünki əllərində silah cinayatkarların peyda olması mütləq buna gətirib çıxaracaqdır.

“Bu rejim iflasa məhkumdur. Onlar özləri boyunlarına ilgəh keçirib. Rusiya 91-ci ildən az qanla çıxıb. Nə vətəndaş müharibəsi, nə də başqa bir şey olub. İndi belə alınmayacaq. Bu, “qanlı çaylara” bənzəyəcək.

Onlar özləri buna zəmin yaradır. Hakimiyyətin laxlaması və parçalanması, əllərində silah cinayətkarların, saysız-hesabsız bütöv orduların peyda olması bunu sübut edir. Rusiya uçuruma yuvarlanır. Bu qatar sürətlə gedir. Sonu qaçılmazdır, geriyədönməz və ölümcüldür”, – Feyqin buna əmindir.

Onun fikrincə, Rusiyada özəl hərbi şirkətlərin sayı artır. Elitalar bunları hər şey dağılacağı zaman üçün yaradır. Bu zaman “vaqnerçilərin” başçısı Yevgeni Priqojinin “Putindən şəxsi indulgensiyası var”.

“Priqojinin Putindən şəxsi indulgensiyası var. Ən başlıcası, bu, uzunmüddətlidir. O, bunu 2014-cü ildən yaradır. Hər halda, nəsə yaratmaq və nizama salmaq üçün zaman və büdcə pulları lazımdır. Hətta müdafiə naziri Şoyqu da belə etmək istəyir. Axı, onlar daxildə bir-birilə döyüşürlər.

Şübhəsiz, bütün bunlar ona hesablanıb ki, Priqojin elə təzyiqə məruz qalacaq ki, onlar bütün mənalarda aparat oyununu oynayıb onu dəyişəcəklər. Priqojin isə oğrudur, fərasətlidir. Bir şeyin qulpundan yapışdısa, qiymət onu dayandırmayacaq. İstəsə, gürzlə başları əzəcək, nə istəsən edəcək”, – Feyqin qeyd edib.

Onun sözlərinə görə, özəl hərbi şirkət dövlətin prototipidir. Dövlət parçalanır, ilkin formasından alternativ özəl, yarımdövlət və korporativ maraqlar formasına keçir. Putinə lazımdır ki, hər yerdə balans olsun.

“Bir təfədən o, Limana görə bütün günahları üzərinə qoyulan Lapini işdən çıxarır, digər tərəfdən, onu Rusiyanın Quru Qoşunlarının komandanı təyin edir. Onlar Priqojinlə döyüşəcəkmi? Əlbəttə! Onlar hamısı Priqojini sıradan çıxarmaq istəyirlər, elə həmin Soledar şəhərində də”, – Feyqin qeyd edib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Rusiyanın daxilində mübarizə gedir və sonu qanlı və ölümcül olacaq.

Mənbə

Share: