“Bu səfərlər “məzlum erməni” obrazının ifşasında mühüm rol oyanır”

Məlum olduğu kimi, 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Milletinsesi.az-a açıqlamasında bu səfərlərin əhəmiyyətinə toxunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, məlum səfərlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Təbii ki, işğaldan azad edilən ərazilərimizə bu cür səfərlərin təşkili hər şeydən öncə ermənilərin 30 il ərzində burada törətdikləri vəhşiliklərin ifşa edilməsi, bu vəhşiliklərlə dünya ictimaiyyətinin tanış edilməsi baxımından mühüm önəm daşıyır. Bu ərazilərə səfər edən əcnəbilər ermənilərin Azərbaycan torpaqlarında hansı vəhşiliklər törətdiklərini, necə böyük cinayətlərə imza atdıqlarını öz gözləri ilə görür, buna bilavasitə şahidlik edirlər. Bu isə onların böyük əksəriyyətinin çıxışlarında, hesabatlarında, öz ictimaiyyətlərinə verdikləri məlumatlarda öz əksini tapır. Bu baxımdan təbii ki, belə səfərlərin təşkilini vacib hesab edirəm və düşünürəm ki, belə səfərlər mütəmadi şəkildə davam etdirilməlidir”.

Seymur ƏLİYEV

Mənbə

Share: