“Bu “seçkilər” Putin bandası diktaturasının tam bərqərar edilməsi olacaq…”

“Mülki əhali arasında qurbanlardan yan keçmək məqsədilə hamını şəhəri tərk etməyə çağırırıq…”

 

“Bizim əsas hədəfimiz Putin rejiminin devrilməsidir, Moskvaya yürüşü hələ heç kim ləğv etməyib…”

 

Rusiyada vəziyyət kəskinləşir, könüllü dəstələr FTX binasına hücum edib, Tetkinoda döyüşlər gedir

 

Rusiyanın müxalif bölmələri rusiyalılara üzdəniraq “seçkilər” günü “hədiyyələr” edəcəyi barədə xəbərdarlıq edib. Onlar martın 17-də seçki məntəqələrinə zərbələr endirəcəklərini anons edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “nv.ua” nəşri məlumat yayıb.

 

“Salam! Biz Navalnının döyüşən dəstələriyik. Siz artıq bizim işimizin nəticələrini görmüsünüz. Lakin bizim Rusiya satqınları üçün hələ çox hədiyyələrimiz var”, – bunu yayılan videoda bir kişi deyib.

 

“Rejim bizim demokratiya uğrunda bir çox döyüşçülərimizi artıq məhv edib. Navalnının qətlindən sonra keçiriləcək seçkilər onların Rusiya üçün etdiklərinə tüpürmək deməkdir.

 

Siyahıda Navalnının adı olmadan keçirilən seçkilər seçki deyil. Rusiyanın bütün seçki komissiyaları bizim fəaliyyətimizin qanuni hədəfləridir”, – kişi bəyan edib. Videoda müxtəlif növ partlayıcı maddələr təfsilatı ilə nümayiş etdirilib.

 

Fəallar bu gün “Navaınının döyüş dəstələrinin” hansı işi gördüklərini dəqiqləşdirməyib. Ehtimal ki, onlar bu gün Belqorodda FTX regional idarəsinin binasına edilən dron zərbəsini nəzərdə tutub (binanın fasadı zədələnib və pəncərələri sınıb).

 

“Novoye vremya” nəşrinin Ukrayna xüsusi xidmət orqanlarındakı mənbəsi məlumat verib ki, Belqorodda FTX binasına hücum “Rusiyaya azadlıq” Legionu, Rus Könüllülər Korpusu və “Sibir taboru” könüllüləri tərəfindən həyata keçirilib.

 

Bu arada isə müxalif bölmələr Belqorod və Belqorod administrasiyası üçün birgə bəyanat yayaraq onların şəhərdə olan hərbi mövqelərinə hücum edəcəkləri barədə xəbərdarlıq edib.

 

“Mülki əhali arasında qurbanlardan yan keçmək məqsədilə hamını şəhəri tərk etməyə çağırırıq”, – bəyanatda deyilir.

 

Paralel olaraq “Rusiyaya azadlıq” Legionu Kursk vilayətinin ikinci sutkadır ki, döyüşlər gedən Tetkino qəsəbəsindən video paylaşıb.

 

“Küçələr güclü atəşlərə məruz qalır. Biz sağıq, biz yorulmuşuq, lakin biz sizinləyik! Biz birlikdə güclüyük! Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun! Rusiyaya azadlıq!” – Rusiya könüllüləri deyib.

 

“Rusiyaya azadlıq” Legionu nümayəndələrindən biri Aleksey Baranovski NV telekanalına rus könüllülərinin əməliyyatının məqsədləri barədə danışıb.

 

“Birləşmiş inqilabi qüvvələrin geniş cəbhəsilə biz Belqorod və Kursk vilayətlərinin ərazisinə daxil olmuşuq və “elektoral tədbirlər” həyata keçiririk”, – o, deyib.

 

“Biz bu üzdəniraq “seşkiləri” pozmaq üçün səylər göstəririk. Çünki bu, seçki deyil, hakimiyyətin qəsb edilməsinin növbəti mərhələsi və Putin bandası diktaturasının tam bərqərar edilməsidir. 

 

Gücümüz çatanadək mübarizə aparacağıq, bəlkə də hələ zamanı deyil, amma əsas hədəfimiz Putin rejiminin devrilməsidir, Moskvaya yürüşü hələ heç kim ləğv etməyib. Bu gün mümkün olanları etməkdə qətiyyətliyik”, – o, deyib.

Mənbə

Share: