![](https://milletinsesi.az/wp-content/uploads/2019/05/13837370531370932264_tehsil_nazirliyi_141111-1.jpg)
Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.
Milletinsesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqda danışarkən deyib. O bildirib ki, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr ölkəmizdə dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqları Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək.