“Bu utanc ləkəsi ərəb ölkəsinin üzərində qalacaq” – Xameneyi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həm İslam dünyasına, həm ərəb və bölgə ölkələrinə, həm də Fələstinə xəyanət etdi. Bu xəyanət uzun sürməyəcək, amma utanc ləkəsi onların üzərində əbədi qalacaq”.

Bunu İran lideri Ayətullah Əli Xameneyi Təl-Əviv və Əbu-Dabi arasında əldə edilən normallaşma razılığına münasibət bildirərkən deyib.

Xameneyinin fikrincə, Fələstin xalqı hər tərəfdən şiddətli repressiyaya məruz qaldığı bir zamanda Əbu-Dabi israillilər və ABŞ Prezidenti Donald Trampın ailəsindəki yəhudilərlə (Trampın kürəkəni və müşaviri Jared Kuşner) birlikdə İslam dünyasının maraqlarına zidd addım atıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 13-də İsrail və BƏƏ-nin münasibətlərinin tamamilə normallaşdırmaq üçün razılığa gəldiklərini elan edib.

BƏƏ avqustun 29-da İsraillə normallaşma müqaviləsi çərçivəsində Təl-Əvivə qarşı boykot qərarını ləğv edib./Teleqraf.com

Share: