bu, vitamin çatışmazlığı ola bilər…

 

“Yuxusuzluq həyatın keyfiyyətinə mənfi təsir göstərən və sağlamlığı pisləşdirən ciddi problemdir…”

Vitamin çatışmazlığı həm uşaqlarda, həm də böyüklərdə yuxu ilə bağlı problemlərə səbəb ola bilər. Təəssüf ki, bir çox insanların bu barədə məlumatı yoxdur.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri yazıb.

Endokrinologiya və metobolik xəstəliklər üzrə mütəxəssis Safiye Arık qeyd edir ki, yuxusuzluq həyatın keyfiyyətinə mənfi təsir göstərən və sağlamlığı pisləşdirən ciddi problemdir.

Yaşın çox olması, stress, psixi problemlər, bəzi dərmanlar və qalxanabənzər vəzin xəstəlikləri bu problemin ən vacib səbəblərindəndir. Lakin vitamin və minerallar çatışmazlığı da yuxusuzluq yarada bilər.

Bu, hansı vitaminlərdir?

Vitamin çatışmazlığı yuxu ilə bağlı problemlərin əsas səbəblərindən biridir. D, B12, B6, B2 vitaminlərin çatışmazlığı həm böyüklərdə, həm də uşaqlarda yuxusuzluq yarada bilər. Xüsusilə D vitamininin çatışmazlığı bu problemi yaradır. Bu vitamin beynin yuxunu tənzimləyən nahiyəsinə təsir edir, gənclik və yxuu hormonu olan melatonin maddəsinin yaranmasında rol oynayır. Ona görə də D vitamini çatışmayan insanlar pis yuxudan və çətin yuxuya getməkdən şikayətlənir.

Minerallar qıtlığından yan keçin

Dəmir çatışmazlığı həmçinin serotonin və melatonin maddələrinin miqdarını aşağı salır. Xüsusilə bu, uşaqlarda özünü büruzə verir. Bu da yuxunun pozulmasına səbəb olur.

Dəmirdefisitli anemiya gecələr ayaqlarda xoşagəlməz hissiyat və yuxusuzluq yaradır. Bu həm də “narahat ayaqlar” sindromunu yarada bilər.

Orqanizmdə kalsium çatışmadıqda insanın gücü tükənir. Nəticədə həddən artıq yorğunluq və yuxu pozuntusu olur.

Nə etmək olar?

Uşaqlarda və böyüklərdə müntəzəm olaraq vitaminlərin səviyyəsini yoxlamaq və tibbi müayinələrdən keçmək vacibdir. Əgər sizdə dəmir çatışmazlığı və müvafiq əlamətlər varsa, mütəxəsisə müraciət edib və tərkibində dəmir olan məhsullarən istifadəsini artıqmaq lazımdır.

Bununla birlikdə çay və qəhvənin istifadəsini azaltmaq lazımdır.

Dəmiri və B12 vitaminini böyük miqdarını əldə etmək üçün heyvani mənşəli qidadan istifadə və balanslaşdırılmış qidalanma ən vacib metoddur. Qırmızı ət və ət məhsulları, habelə balıq və yumurtanın hesabına dəmir və B12 vitamininin gündəlik kifayət miqdarını almaq olar.

Yuxusuzluq və “narahat ayaqlar” sindromu olan praktiki olaraq bütün pasientlərdə dəmir çatışmazlığı qeydə alınır. Müntəzəm tibbi müayinələr və mütəxəssislərin tövsiyəsi ilə vitamin və mineral qıtlığını xüsusi əlavələrlə aradan qaldırmaq olar.

Mənbə

Share: