Bu yolda təmir gedir

Bu yolda təmir gedir

Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, bundan başqa, Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu vağzalının qarşısında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Bu səbəbdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Share: