Büdcəyə dəyişiklik bu tarixdə müzakirə olunacaq

Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı məlum olub.

 

Modern.az xəbər verir ki, iyunun 2-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

 

İclasda 2023-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər müzakirə olunacaq. 

 

Qeyd edək ki, bu gün parlamentin yaz sessiyası üzrə sonuncu plenar iclası keçiriləcək. İclasın gündəliyinə 14 məsələ daxil edilib. 

 

Bundan əlavə, Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə müraciət ünvanlayıb. Deputatların imzaladığı müraciət parlamentin sədri Sahibə Qafarovaya təqdim edilib. 

Bu xəbər ilə bağlı

42 deputat növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə MÜRACİƏT ETDİ


Xəbəri oxu

Mənbə

Share: