Buraxılış imtahanlarının nəticələri sabah elan olunacaq

2020/2021-ci tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün 29 və 30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri sabah açıqlanacaq.

Millətin Səsi.az-a bu haqda DIM-dən məlumat verilib.

Qeyd edək ki, 29,30 aprel tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri imtahan keçirilən gündən sonra üç həftə ərzində elan olunmalı idi.Yəni, bu tarix 21 may tarixinə təsadüf etməli idi. Lakin  Ramazan bayramı ilə əlaqədar olaraq gecigmə oldu.

Bütün şagirdlərə uğurlar arzulayırıq!

Share: