Burnu çürüyən qız həkimdən 1 milyon təzminat tələb edir

Türkiyədə Gülizar Aras adlı gənc qız plastik əməliyyat qurbanı olub.

 

 

Moderator.az xəbər verir ki, o 2021-ci ildə 500 avro müqablində burnunu əməliyyat etdirib.

 

6 ay sonra bununun ucu çöküb. O burnunu iki dəfə də əməliyyat etdirib. Lakin burnu hər əməliyyatdan sonra bir az daha da çöküb.

 

Turizm sahəsində çalışan gənc qız bu səbəblə işindən ayrılıb və toyunu təxirə salıb.

 

 

O bu plastik əməliyyatı reallaşdıran həkimi məhkəməyə verərək ondan 1 milyon lirə (təxminən 53 min 200 AZN) tələb edib.

“İkinci əməliyyat olanda sol burunumda çökmə baş verdi. Son əməliyyatımı 2022-ci ilin sentyabrında etdirdim. Toyumu təxirə salmalı oldum. Evlənməkdən imtina etdim. İşləyə bilmədim. Həyat işığımı söndürdülər. Həyatım tamamilə qaraldı”.

 

O burnunu düzəltməsi üçün başqa bir plastik-cərrahla danışıb. Həkim ona bu əməliyyatın 1 milyon lirəyə başa gələcəyini deyib:

 

“Burnuma bu vəziyyətdə estetik müdaxilə mümkün deyil. Gərək əməliyyat etdirim. Həkim isə əməliyyat üçün 1 milyon lirə pul tələb edir. Bu müddət ərzində pulum qalmadı. İşləyə bilmirəm. İş üçün müraciət edəndə xarici görünüşümə baxırlar. İşə götürmürlər”.

Mənbə

Share: