“Bütün günü ağlayıram, depressiyaya düşürəm”-VİDEO

“Nəsimi metrosunun yanında bir səsyazma studiyası var. Hər kəs mahnını 100-150 manata yazanda, o şəxs mənim üçün 70 manata yazır. Fikirləşdim ki, bir popuri yazdırım, birdən toya dəvət alsam əlimdə mahnım olsun. Şükür Allaha ki, hamı məni tanıyır. Yeraltı keçiddən keçəndə iki oğlan məni çağırıb dedi ki, “dayan, mənim cavanlığımın oğrusu”. Çox xahiş etdilər ki, o mahnını oxuyum. Təngnəfəs yeriyirdim, dedim axı tələsirəm. Mən də onların xətrinə dəymədim, oxudum. Evə gələnə qədər gördüm ki, metroda oxuduğum mahnı sosial şəbəkələrdə məşhurlaşıb. Bu gün sosial şəbəkələr çox aktivdir”

 

Bunu Moderator.az-a açıqlamasında kartof təmizləyərkən oxuduğu mahnı ilə məşhurlaşan Elnarə Vahidova deyib. O daha sonra efirlərə çıxmaq üçün saytımızda müraciət ünvanlayıb.

“Məsəl var ki, “cüt olan milçək də qalib gələcək, tək qalan aslana yazığım gəlir”. Mən bir aslan idim, əxlaq, tərbiyə qoruyaraq bu illəri yaşadım. Amma tək qaldığıma görə heç bir şey edə bilmirəm, sahibim yoxdur. 24 yaşımdan yoldaşımdan ayrılanda da təklik məni qorxutdu ki, qohum-əqraba məni tərk edəcək. O vaxt müğənni olsaydım qohum-əqraba məni silərdi, məhv olub gedərdim. İnsanın yiyəsi olmalıdır. Tək qaldığım üçün bu günə düşmüşəm. Allahdan başqa heç bir köməyim yoxdur. Aranjimana pulum yoxdur. Mən nə etməliyəm?!. Dünən bütün günü ağlamışam. 35-40 yaşım olsaydı ruhdan düşməzdim. Heç nə edə bilmirəm, qəhər məni boğur. Depressiyaya düşürəm. Teleaparıcı, çox hörmət etdiyim Mətanət Əliverdiyeva sosial şəbəkə fenomenlərini verilişinə dəvət edir. Çox xahiş edirəm ki, məni də efirinə çağırsın. O hər zaman musiqimizin, mədəniyyətimizin keşiyində dayanan insandır. Mən də efir mədəniyyəti görən insanam, nə danışdığımı da bilirəm. Çox xahiş edirəm mənə də dəstək olsun” deyə o bildirib.

 


 

Mənbə

Share: