Cəlilabad sakini günvurmadan öldü

Cəlilabad rayon sakini günvurmadan ölüb.

“Report”un məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Nəcəfov Anar həyətində iş görən zaman huşunu itirərək yıxılıb.

O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada A.Nəcəfovun günvurmadan öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, artıq 2 gündür Cəlilabad rayonunda digər günlərə nisbətən daha isti hava şəraiti müşahidə olunur.

Share: