Cəlilabadda bazarda yanğın söndürülüb

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Milletinsesi.az  FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

16:55

Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda soyutma işləri aparılır.

İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.

Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.

 

https://www.youtube.com/watch?v=oWzKVIPJyrE

Mənbə

Share: