“Cənab prezident, bu gün Siz bizim hamımızı tanıdınız…”

 

“Mən Sizi at üstündə görəndə sevinmişəm və bir də təyyarənin pilləkənlərilə qalxanda izləmişəm…”

Vladimir Vinokur Putinin əla fiziki formada olmasından heyrətə gəlib

Məşhur sovet və rusiyalı artist Vladimir Vinokur Vladimir Putinin fiziki formasından heyrətə gəlib və onu “pilləkənlərlə qalxa bilməyən və kiminlə salamlaşdığını belə anlamayan bəzi rəhbərlərlə” müqayisə edib.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Vinokur Rusiya Federasiyasının ali dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edərkən deyib.

“Mən Sizi at üstündə görəndə sevinmişəm. Bir də Sizi təyyarənin pilləkənlərilə qalxarkən izləmişəm. Çünki elə rəhbərlər var ki, nə pilləkənlərlə qalxa bilir, nə də kiminlə görüşdüyünü anlaya bilir. Bu gün isə Siz hamını tanıdınız”, – Vinokur deyib.

Rusiya prezidenti Vladimir Vinokuru “I dərəcəli Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib. Dövlət başçısının imzaladığı fərmanda deyilir ki, artist “ölkə mədəniyyəti və incənətinin inkişafına verdiyi böyük tövhəsinə və uzun illər səmərəli fəaliyyətinə görə” mükafatlandırılır.

Güman etmək olar ki, Vinokur “bəzi rəhbərlər” deyəndə ABŞ prezidenti Co Baydeni nəzərdə tutub.

Bu ilin iyilun 18-də Vladimir Putin İrkutsk vilayətinin qubernatoru İqor Kobzevlə görüşüb. Görüşdə regionun sosial-iqtisadi inkişafı məsələləri, “xüsusi hərbi əməliyyat”ın iştirakçıları və onların ailələrinə dəstək tədbirləri müzakirə edilib.

“Bizdə 192 irkutsklu dövlət mükafatları-orden və medallarla təltif edilib. Onların arasında ən gənci Rusiya Qəhrəmanı sıravi Eduard Dyakonovdur. O, ötən ilin mart ayında Mariupolda həlak olub”, – qubernator Rusiyanın dövlət başçısını məlumatlandırıb.

Bundan öncə isə Kreml təbliğatçısı Vladimir Solovyov da Putinin masanın kənarına düşən karandaşı tuta bilməsindən heyrətə gəlib və onun əla reaksiyası olduğunu qeyd edib. Onun fikrincə, bu, prezidentin əla fiziki formasında olduğunu göstərir.

Bundan sonra sosial şəbəkələrdə Solovyovun sözləri Şimali Koreya və  Türkmənistan kimi dövlətlərdə hökm sürən şəxsiyyətə pərəstişlə müqayisə edilib.

Mənbə

Share: