“Jelezniçar” matçının biletlərinin hamısı satıldı

 

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı üçün biletlərin hamısı satılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Neftçi” klubunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə Macarıstandan olan hakimlər təyinat alıblar.

Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.

Mənbə

Share: