Cənubi Afrikanın İsrailə qarşı iddiasl üzrə qərar necə olacaq?..

 

” CAR-ın İsrailə qarşı soyqırım ittihamlarına bütün ərəb və müsəlman ölkələri, habelə Belçika və İrlandiya dəstək verir…”

 

“Münaqişənin səbəbi İsrailin Fələstin ərazilərini işğal etməsidir…”

 

Haaqada BMT-nin Beynəlxalq Məhkəməsinin Cənubi Afrika Respublikasının İsrailə qaşı iddiası üzrə qərarı yanvarın 26-da dərc ediləcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın “News24” xəbərlər saytı məhkəmədə iki “yaxşı məlumatlı” mənbəyə istinadən məlumat verib.

 

“17 nəfərdən ibarət kollegiya işə baxılması müddətində İsrailə Qəzza bölgəsində hərbi əməliyyatları dayandırmaq əmri daxil olan müvəqqəti tədbirlər barədə qərar çıxaracaq”, – mənbələr xəbər verir.

 

Lakin nəşr qeyd edir ki, Beynəlxalq Məhkəmə bununla bağlı hələlik rəsmi məlumat dərc etməyib.

 

CAR-ın İsrailiə qarşı soyqırım ittihamları ilə bağlı iddiasına gəldikdə, İsrail siyasətçiləri buna meyl edir ki, böyük ehtimalla, bu iddia rədd ediləcək. 

 

İsrailin cavabdeh tərəf kimi təmsil edən hüquqşünaslar komandası Haaqada hakimlərə İsrailin dəlillərini sənədlərlə təsdiq edən materiallar təqdim edib. Hakimlərə həmçinin HƏMAS-ın cinayətlərini əks etdirən filmdən fraqmentlər nümayiş etdirilib.

 

Xatırladaq ki, bu ərəfədə ABŞ Konqresinin 210 nəfər üzvü ABŞ Dövlət katibinə məktub imzalayıb, burada CAR-ın BMT-nin Beynəlxalq Məhkəməsinə təqdim etdiyi iddianı tənqid edib.

 

“Biz sizə əvvəlki siyasəti davam etdirməyə və Cənubi Afrikanın BMT-nin Beynəlxalq Məhkəməsinə təqdim etdiyi iddiasına qarşı İsrailə dəstək göstərilməsi, habelə müttəfiqlərimizin İsrailə əsassız hücumuna qarşı BMT və digər təşkilatlarda çıxışlarını həvəsləndirməyə çağırıq”, – amerikalı qanunvericilərin məktubunda deyilir.

 

İsrailin mövqeyini gücləndirən məhkəmə prosesində tərəf kimi Almaniyanın müdaxiləsidir. Berlin Konvensiyanın soyqırım və onunla bağlı cəzanın “siyasi alətə çevrilməsinə qarşı qətiyyətlə müqavimət göstərmək” istəyir və İsrailə qarşı heç bir əsası olmayan iddianı birbaşa rədd edir.

 

CAR-ın ittihamlarına, demək olar ki, bütün ərəb və müsəlman ölkələri dəstək verərək bəyan edib ki, münaqişənin səbəbi İsrailin Fələstin ərazilərini işğal etməsidir. Onlara həmçinin Avropanın iki ölkəsi- Belçika və İrlandiya da qoşulmaq niyyətindədir.

 

Ekspertlər qeyd edir ki, bu prosesin gedişində üçüncü tərəf kimi 30-dan artıq ərizələr veriləcək və onların əksəriyyəti CAR-ın iddiasını dəstəkləyir.

 

Qərb ölkələri, Ukrayna, Qazaxıstan, Hindistan, Sinqapur, Yaponiya HƏMAS-ı kütləvi qətllər və hərbi cinayətlərə görə ittiham edib və onun taktikasını terrorçuluq adlandırıb.

Mənbə

Share: