Cənubi Qafqaz siyasəti müzakirə edildi

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və İranın Moskvadakı səfiri Kazem Cəlali müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi məsələlərini müzakirə ediblər.

 

Bu barədə diplomatik idarənin məlumatında deyilir.

 

“Görüşdə Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi vurğulanmaqla bir sıra aktual ikitərəfli və regional məsələlər müzakirə edilib. 3+3 formatı çərçivəsində yanaşmaların sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Vurğulanıb ki, bu, əhəmiyyətli potensiala malik olan məşvərətçi regional platformadır. Həmçinin, regionda ilk növbədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı birgə infrastruktur layihələrinin həyata keçirilməsinə hər iki tərəfin müsbət münasibəti təsdiqlənib”, – deyə nazirlikdən bildirilib.

 

Mənbə: TASS

Mənbə

Share: