Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclası çərçivəsində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Bu barədə nazir “Facebook” səhifəsində yazıb.
“İƏT Nazirlər Şurasının 26-cı iclası çərçivəsində AQEM-nin Baş katibi Kayrat Sarıbay ilə görüşməkdən məmnunam”, – C. Bayramov qeyd edib.
Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və AQEM arasında əlaqələrin, o cümlədən də nəqliyyat və rabitə sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Həmçinin, son regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.(oxu.az)