38 yaşlı məhbus həbsxanada öldü 

Azərbaycanda həbsxanada 38 yaşlı məhbus vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Qaradağ rayonunda, Puta qəsəbəsində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində baş verib.

 

Belə ki, 1985-ci il təvəllüdlü Pərviz Məmmədovun qəflətən halı pisləşib. İlkin müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Araşdırma aparılır.

Mənbə

Share: