UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfər gəlib.
Modern.az xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
“Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – Tamara Rastovac Siamaşvili tviterdə yazıb.



