Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Millətin Səsi.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib, 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.
Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər- Tacəddin Novruzov 8 il 6 ay, Natiq Kərimov 8 il 6 ay, Emin Sadıqov 4 il, Eynulla Novruzov 8 il 3 ay, Məhəmməd Musayev 8 il 3 ay, Mətləb Allahverdiyev 8 il 3 ay , Rəcəb Hüseynov 8 il 3 ay, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmə əsasən, iş üzrə digər təqsirləndirilən Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması, 2000 manat cərimə, 1 il 6 ay müddətinə vəzifə tutmaqdan məhrum edilib.