Direktoru koronavirusa yoluxan məktəb bağlandı

Xırdalan şəhəri 7 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Qaynarinfo.az-a valideyinlər məlumat verib.

Belə ki, öncə məktəbdə bir neçə sinif distant təhsilə keçib. Məktəb direktoru Zenfira Orucova və ona yaxın müəllimdə virus aşkarlandıqdan sonra, əyani tədris prossesi distant təhsillə əvəz olunub.

Share: