Ceyhun Səfərov “Space TV”dən getdi

 

Tanınmış telejurnalist Ceyhun Səfərov “Space TV”dəki işindən ayrılıb.

Milletinsesi.az– görə, bu barədə C.Səfərov sosial şəbəkə hesabında məlumat verib.

“Bir müddət “Space TV”də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space TV”dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space TV”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. “Space TV”nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”, – deyə telejurnalist əlavə edib.

Mənbə

Share: