Çin peyvənd tətbiqinə görə rekord qırdı

COVİD-19 peyvəndi ilə bağlı dünya ölkələri üzrə statistik məlumat açıqlanıb.

Millətin Səsi.az xəbər verir ki, məlumatda dünyanın 180 ölkəsində 2 milyard 540 milyon dozadan çox peyvəndin tətbiq edildiyi bildirilib.

Dünyada gündəlik tətbiq olunan peyvənd dozalarının sayı 38,5 milyon dozadır.

Peyvəndləməyə görə 1 milyard doza ilə Çin birinci yerdədir. İkinci ən çox peyvənd olunan ölkə 317 milyon doza ilə ABŞ, üçüncü ölkə isə 276 milyon doza ilə Braziliyadır.

Share: