Çin Rusiyanı seçkilərə görə təbrik etdi

Çin Rusiyanı seçkilərə görə təbrik etdi

Çin Rusiyanı Dövlət Dumasına keçirilən uğurlu seçkilər münasibətilə təbrik edir və seçkilərin nəticələrinin Rusiya xalqının iradəsini əks etdirdiyini qeyd edir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib.

O, keçirilən brifinqdə deyib: “Rusiyada Dövlət Dumasına seçkilər uğurla keçirilib və Çin bu münasibətlə Rusiyanı təbrik edir. Dövlət Dumasına seçkilər Rusiyanın siyasi həyatında mühüm hadisədir və onların nəticələri Rusiya xalqının iradəsini əks etdirir”.

Guo əlavə edib ki, Çin “Rusiyanın dost qonşusu və yeni dövrdə hərtərəfli strateji əməkdaşlıq üzrə tərəfdaşı kimi, bu seçimi qətiyyətlə dəstəkləyir”.

Share: