Çində koronavirusa qarşı doqquz vaksin hazırlanır

Çinin əczaçılıq şirkətləri koronavirusa qarşı doqquz vaksin hazırlayıb.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin deyib.

O bildirib ki, hazırda vaksinlər kliniki sınaqlar mərhələsindədir.

Qeyd olunur ki, vaksinlər ümidverici nəticələr göstərir və yaxın zamanlarda bütün ölkələr üçün əlçatan olacaq./trend

Share: