Çində məktəblər açıldı

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin paytaxtı Pekində orta ümumtəhsil məktəbləri açılıb.

Son sinifdə oxuyan50 minə yaxın şagird qoruyucu maska taxmaq və sosial məsafəni qorumaq şərtilə məktəbə gedib.

Onlar məktəbə daxil olmadan əvvəl hərarəti müəyyən edən aparatların yoxlanışından keçiblər.

Buna rəğmən, Çində 1 200-dən çox şagird müxtəlif səbəblərdən dolayı məktəbə gedə bilmir. Pekində təqribən 800 şagird karantində saxlanılır, 300-dən çoxunun isə nəqliyyat problemi var./publika.az

Share: