Çindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Çin Azərbaycan və Ermənistan arasında münaqişənin siyasi dialoq yolu ilə həll etməsini istəyir.

Milletinsesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin bildirib.

Onun sözlərinə görə, rəsmi Pekin ümid edir ki, tərəflər atəşin dayandırılması barədə əldə olunmuş razılaşmaya riayət edəcək.

“Azərbaycan və Ermənistan Çin üçün dost ölkələr hesab olunur”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, son günlər erməni separatçılarının Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutması, təxribat-terror fəaliyyətinin həyata keçirilməsi Qarabağda vəziyyətin gərginləşməsinə səbəb olub.

Mənbə

Share: