Stanislav Çerçesov: “Qarabağ” hazırlıqlı komandadır”

 

“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”.

Milletinsesi.az-ın məlumatına görə, bunu “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis rəqibləri ilk oyundan sonra yaxşı tanıdıqlarını söyləyib: “Bəlkə də bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var”.

Mənbə

Share: