Çinin istehsal etdiyi koronavirus peyvəndi 2020-ci ilin sonuna qədər hazır olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Vu Zunyou yerli televiziya kanalına açıqlama verib. O, hazırlanan peyvəndin sınaqlardan keçdiyini bildirib.
Bundan əlavə Pekində epidemiyanın yayılması ilə bağlı sualı cavablandıran ekspert şəhərdə koronavirusun ikinci dalğasının başladığını, lakin buna baxmayaraq, vəziyyətin nəzarətə götürüldüyünü vurğulayıb.
Qeyd edək ki, son 24 saat ərzində Çində daha 32 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ümumilikdə ölkə üzrə bu günə qədər 83 325 insan koronavirusa yoluxub, onlardan 4 634 nəfər xəstəlik səbəbindən həyatını itirib.